“Real”da ciddi itki – Finalda oynamayacaq

2 ay evvel 60
“Real” ciddi itki ilə üzləşib. Metbuat.az xəbər verir ki, komandanın fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. 24 yaşlı futbolçu Çempionlar Liqasının finalında “Borussiya” (Dortmund) ilə keçiriləcək matçında iştirak etməyəcək. Qeyd edək ki, iyunun 1-də keçiriləcək “Borussiya” – “Real” matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.