"WhatsApp"dan bir sıra yeni funksiyalar

1 ay evvel 28

"WhatsApp" tərtibatçıları mesencerdə audio və video zənglər üçün üç yeni funksiyanın tətbiqi barədə məlumat veriblər.

Bu barədə şirkətin bloqunda yazılıb.

Əsas yenilik videokonfranslarda iştirakçıların maksimum sayının 8 nəfərdən 32 nəfərə çatdırılması olub. Həmçinin söhbətdə aktiv iştirakçının görüntülənməsi də təkmilləşdirilib: pəncərə indi avtomatik olaraq ekranın yuxarısına keçir və danışıq zamanı seçilir.

Bundan əlavə, tərtibatçılar təqdimatlar və nümayişlər keçirərkən funksionallığı genişləndirən kameradan və cihazın ekranından eyni vaxtda video yayımlamaq imkanı təqdim ediblər.

Əhəmiyyətli texniki təkmilləşdirmə, daha təmiz səs təmin edən yeni "MLow" audio kodekinə keçid olub. Bu audio kodek səsin daha aydın olmasını və səs-küy və əks-sədanın aradan qaldırılmasını təmin edir. Həmçinin tərtibatçıların fikrincə, yüksəksürətli internet bağlantısı olan istifadəçilər video zəngdə daha yüksək görüntülənmə imkanı əldə ediblər.

Bütün elan edilmiş yeniliklər bir neçə həftə ərzində mesencerin kompüter və mobil versiyalarında istifadəçiləri üçün əlçatan olacaq.

Mənbə: blog.whatsapp.com