"Sumqayıt" klubunun rəsmisi: "Kamran Quliyev komandadan qovulmayıb"

1 month ago 15

Yerli mediada yayılan xəbərlərə görə, "Sumqayıt" klubunun 25 yaşlı futbolçusu Kamran Quliyev klubdaxili məsələləri mətbuatda danışdığı üçün komandadan qovulub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib ki, Kamran Quliyevin klubdaxili məsələləri mətbuatda danışması səbəbindən komandadan qovulması xəbərləri reallığı əks etdirmir.

"25 yaşlı futbolçu uzun müddətdir ki, formadan uzaq olduğu üçün baş məşqçimiz Kamran Quliyevin əvəzedici heyətə göndərilməsinə qərar verib".

Qeyd edək ki, Kamran Quliyev bu mövsüm "Sumqayıt" forması ilə ümumilikdə 22 oyunda meydana çıxıb və üç qol vurub.

Anar Həsənov

Read Entire Article