"Sabah" klubunun baş məşqçisi Vasili Berezutski "Neftçi" ilə görüşdən sonra mətbuat konfransını jurnalistlərin suallarını cavablamadan tərk edib.
Oxu.Az xəbər verir ki, rusiyalı çalışdırıcı oyunla bağlı fikirlərini bildirib.
"Bugünkü oyunda "Neftçi" klubu sanki 11 yox, 12 futbolçu ilə meydana çıxmışdı. Hakimlər rəqib komanda tərəfdən çıxış edirdilər", - deyə V.Berezutski bildirib.
O, daha sonra jurnalistlərin suallarını gözləmədən mətbuat konfransını tərk edib.
Qeyd edək ki, "Neftçi Arena"da baş tutan matçda "Sabah" klubu qələbə qazanıb - 1:2.
Anar Həsənov