"Sabah" bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb

1 month ago 13

"Sabah" klubu Azərbaycan çempionatlarında bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb.

Oxu.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu, 1:1 hesabı ilə başa çatan XXVII turun "Zirə" ilə görüşünə təsadüf edib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 14-cü heç-heçəsini edib.

Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/2010 mövsümündə "Neftçi", üç il sonra "Bakı" 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021 mövsümündə isə "Zirə" eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə "Sabah" mütləq rekordun müəllifi olacaq.

Read Entire Article