"Real Madrid" klubu altı ay ərzində büdcəsinə yarım milyard avro əlavə edib

3 weeks ago 13

"Real Madrid" 2024/25 mövsümünün ilk altı ayında 600 milyon avroya yaxın gəlir əldə edib.

Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, 2024-cü ilin iyul-dekabr aylarında klubun ümumi gəliri 589.8 milyon avro təşkil edib.

Bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 27.9% çoxdur.

Qeyd olunub ki, "Real Madrid" bu mövsümü rekord gəlirlə başa vuracaq. 2023/24 mövsümünün sonunda "Qalaktikos" bir milyard avrodan çox qazanan dünyada ilk klub olub.

Read Entire Article