"Real Madrid"in Kilian Mbappeyə ödədiyi məbləğ bəlli olub

4 weeks ago 16

Kilian Mbappenin "Real Madrid"ə transferinin maliyyə detalları məlum olub.

Oxu.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Kral" klubu bu yaxınlarda fransız forvarda 117 milyon avro + illik əməkhaqqı məbləğində imza bonusu ödəyib.

Qeyd edək ki, Mbappe ötən yay Madrid klubuna qoşulub. Forvard cari mövsümdə bütün yarışlarda 39 matçda iştirak edib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Real Madrid"lə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatır.

Read Entire Article