İspaniya La Liqasının 30-cu turunda evdə "Valensiya" komandasını qəbul edən "Real Madrid" antirekorda imza atıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb Vinisius Juniorun qarşılaşmada 11 metrlik cərimə zərbəsinə dəqiq yerinə yetirə bilməməsi olub.
Qaçırılan penalti "Kral klubu"nun cari mövsümdə reallaşdıra bilmədiyi sayca beşinci penalti zərbəsidir.
Belə ki, Madrid təmsilçisinin oyunçuları bütün turnirlərdə 16 dəfə penalti vurublar, onlardan 11-i qolla yekunlaşıb.
Bir mövsümdə dəqiq yerinə yetirilməyən beş penalti "Real Madrid" üçün 2013/2014-cü il mövsümündən bəri ən pis nəticədir.