"Qarabağ" Kadi üçün "Ferentsvaroş"dan daha yaxşı təklif göndəribmiş

1 hefte evvel 14

"Qarabağ" Kadi üçün "Ferentsvaroş"dan daha yaxşı təklif göndərsə də, futbolçu Macarıstan klubuna transfer olunub".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev komandanın sabiq futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubundan Macarıstan təmsilçisi "Ferentsvaroş"a transfer olunmasına münasibət bildirərkən deyib.

Klub rəsmisi futbolçunun "Qarabağ"la danışıqlar apardığını, Azərbaycana qayıtmaq istədiyini söyləyib:

"Kadi "Qarabağ"a gəlmək istəyirdi. Sadəcə, "Krasnodar" klubu buna imkan yaratmadı. Proses qısa müddət ərzində olmayıb. Futbolçu ilə uzun müddət danışıqlar apardıq. Kadinin heç bir etirazı yox idi. Lakin Rusiya klubu onu "Ferentsvaroş"a satdı".

Qeyd edək ki, Kadi Borges 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunmuşdu.