Türkiyə nəhənglərindən olan "Qalatasaray" martın 31-dək UEFA-ya borcsuzluqla əlaqədar sənədləri təhvil vermək üçün futbolçuların maaşlarının tamamını ödəyəcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, bu səbəbdən klubun kassasından 20 milyon avro əksiləcək.
Qeyd edək ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek futbolçulara maaşların tamamının ödənməsi üçün tapşırıq verib.