"Qalatasaray" "Lester Siti"ni tərk etməyə hazırlaşan Uilfred Ndidi üçün yenidən təklif göndərib.
Oxu.Az "Ajansspor"a istinadən xəbər verir ki, ötən mövsüm "Qalatasaray"ın transfer etmək istədiyi 28 yaşlı futbolçunun bu dəfə "sarı-qırmızılar"dan gələn təklifi nəzərdən keçirəcəyi bildirilib.
Uilfred Ndidi üçün Viktor Osimhenin təsiri də vacibdir. 28 yaşlı nigeriyalı yarımmüdafiəçi həmyerlisinin cari mövsümdə "Qalatasaray"dakı çıxışından sonra qırmızı-sarı formada maraqlı ola bilər.
Qeyd edək ki, yarımmüdafiədə həm 6, həm də 8 nömrə kimi çıxış edə bilən Uilfred Ndidi bu mövsüm 22 rəsmi matçda bir qol vurub və 4 məhsuldar ötürmə edib, ümumilikdə 1785 dəqiqə meydanda olub.