"Qalatasaray"ın ulduzu Viktor Osimhenə Azərbaycan klubunun forması hədiyyə olundu

4 weeks ago 11

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Afrika üzrə seçmə mərhələsinin C qrupunda Ruanda Nigeriyaya məğlub olub - 0:2.

Oxu.Az xəbər verir ki, oyundan sonra Ruandanın oyunçusu Ange Mutsinzi Nigeriya təmsilçisi Viktor Osimhenə "Zirə" formasını hədiyyə edib.

Tanınmış forvard da "Qalatasaray" geyimini Azərbaycan klubunun üzvünə bağışlayıb.

Qeyd edək ki, Viktor Osimhen qarşılaşmada dubl edərək komandasına qələbə qazandırıb.

Read Entire Article