"Pandora qutusu" açıldı: İran raketləri ABŞ bazalarını hədəfə alıb

3 weeks ago 9

İran raketləri yeraltı bazaların olduğu bütün şəhərlərdə buraxılış qurğularına yüklənib və ABŞ tərəfindən eskalasiya olduğu təqdirdə buraxılmağa hazırdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tehran Times" xəbər yayıb.

"Pandora qutusu"nu açmaq ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək", - deyə materialda qeyd edilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə silahı istehsal etməmək barədə razılıq əldə etmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.

Yeri gəlmişkən, Qərb mediasında İranın ABŞ-nin Hind okeanındakı bazasına hücum etməyə hazır olduğu haqqında xəbərlər var.

Read Entire Article