"Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər

1 month ago 15

Misli Premyer Liqasının 26-cı turunda "Turan-Tovuz"a qarşı matçı (1:1) zədə səbəbindən buraxan "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov yaşıl meydanlardan kənarda qalmaq riski ilə üzləşib.

Oxu.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun "Səbail"lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Bu halda onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.

Read Entire Article