"Mədəniyyət" qəzetinin bağlanmasına RƏSMİ MÜNASİBƏT

3 days ago 4

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti olan "Mədəniyyət" qəzetinin çapı dayandırılması ilə bağlı məsələyə aydınlıq gəlib.

Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəzetin nəşri 2024-cü ilin dekabr ayından dayandırılıb.

"Mətbu orqan fəaliyyətini bundan sonra elektron formatda davam etdirəcək", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Əzizə İsmayılova

Read Entire Article