"Haber Global" Bakıda keçirilən Cənub Qaz Dəhlizi ilə bağlı tədbirdən süjet hazırladı

3 days ago 3

"Xüsusilə enerji təhlükəsizliyinin müzakirə edildiyi dövrdə Cənub Qaz Dəhlizinin önəmi daha da artıb".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasına həsr olunmuş süjetində bildirilir.

Reportajda tədbirə 24 ölkənin, yeddi beynəlxalq maliyyə strukturunun və 42 enerji şirkətinin qatıldığı vurğulanıb:

"Açılış nitqi ilə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Onun nitqinin əsas hissəsi enerji təhlükəsizliyinə həsr olunub. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın qaz təchizatının Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirlər: "Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır", - deyə Azərbaycan Prezidenti vurğulayıb".

Ətraflı süjetdə:

"Haber Global" Bakıda keçirilən Cənub Qaz Dəhlizi ilə bağlı tədbirdən süjet hazırladı

Read Entire Article