"Gəncə" klubunda rusiyalı və ukraynalı voleybolçular arasında insident yaşanıb?

1 month ago 16

"Gəncə" voleybol klubunun üzvləri Yuliya Kərimova (Rusiya) ilə Olena Napalkova (Ukrayna) arasında insident yaşandığı iddia olunur. Münaqişəyə səbəb kimi isə Rusiya ilə Ukrayna arasında davam edən müharibə göstərilir.

"Gəncə" klubundan Oxu.Az-a məsələ ilə bağlı verilən açıqlamada isə xəbərlərin şayiə olduğu bildirilib:

"Komandamızda belə bir hadisə baş verməyib. Hər şey qaydasındadır və adıçəkilən voleybolçuların münasibətləri olduqca yaxşıdır. Belə xəbərlərin necə yayıldığını anlaya bilmirik. Hər iki voleybolçu məşq zamanı da bir-birləri ilə müsbət rəftar edir".

Anar Həsənov

Read Entire Article