"Fəvvarələr meydanı" yaxınlığında ictimai sahənin qanunsuz zəbt edilməsinin qarşısı alınıb

1 month ago 11

19 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində (Fəvvarələr meydanı yaxınlığında) növbəti dəfə ictimai sahənin qanunsuz zəbt edilməsi faktı aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Komitədən bildirilib.

Məlumata görə, eyni ünvanda ötən ilin mart ayında, cari ilin yanvar və mart aylarında keçirilmiş baxışlar zamanı da qanunsuz artırma işlərinin aparıldığı müəyyən olunub.

Bundan əvvəl Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma qaydalarına uyğun həyata keçirilmiş monitorinqlər nəticəsində oxşar hallarla bağlı bir neçə dəfə qanunsuz tikinti işlərinin qarşısı alınıb, söküntü işləri aparılıb və qanunvericiliyə uyğun olaraq ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Lakin baş idarə tərəfindən dövlət qurumlarına müraciət və sahibkarlara xəbərdarlıq edilsə də, yenidən həmin ərazidə özbaşına quraşdırma işlərinə başlanılıb və ictimai sahənin bir hissəsi müxtəlif konstruksiyalarla zəbt edilərək, gediş-gəlişə maneə yaradılıb.

Hazırda ərazidə aparılan işlər dayandırılıb.

Read Entire Article