"Fənərbağça" - "Qalatasaray" görüşündə baş verən hadisələrlə bağlı cəzalar bu gün açıqlanacaq

3 days ago 1

Türkiyə Futbol Federasiyası bu gün oyunsonrası qiymətləndirmənin ardından cəzaları açıqlayacaq.

Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça"nın oyunçuları Mert Hakan Yandaş və Fred, baş məşqçi Joze Mourinyo , köməkçi məşqçi Sandro Zufic, "Qalatasaray"ın oyunçuları, derbidə qırmızı vərəqə alan Kerem Demirbay və Barış Alper Yılmazın cəzaları bəlli olacaq.

Bundan əlavə, "Fənərbağça"ya meydançaya atılan yad əşyalar və tribunalardakı insidentlərə görə, "Qalatasaray"a isə alovlanan məşəllərə görə cəza veriləcək.

Xatırladaq ki, ümumilikdə 52 152 azarkeşin izlədiyi matçda qadağaları pozan, stadiona ziyan vuran və qanunsuz daxil olan 43 nəfər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Türkiyə Kubokunun dörddəbir final mərhələsində "Fənərbağça" klubu əzəli rəqibi "Qalatasaray"a 2:1 hesabı ilə məğlub olub.

Read Entire Article