"Barselona" klubunun ilk xarici fanşopu Cənubi Qafqazda açılacaq

4 weeks ago 10

"Barselona" yaxın vaxtlarda ilk xarici mağazasını Cənubi Qafqazda - Gürcüstanda açacaq.

Oxu.Az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının verdiyi məlumata görə, lisenziyalaşdırma və merçendayzinq biznesinin inkişafı proqramı çərçivəsində üç klub mağazası açılacaq.

Onlardan birincisinin açılışı martın 29-da Tbilisidə (Gürcüstan) baş tutacaq. Qeyd olunur ki, Gürcüstanın paytaxtında yerləşən mağaza həm də "Barsa"nın ilk xarici mağazası olacaq. Aprelin 1-də Malaqada yeni mağaza açılacaq. Üçüncü mağaza isə Palma de Mallorka hava limanında açılacaq. Tədbirin yay aylarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Tbilisidəki mağazanın şəhərin tarixi mərkəzində yerləşəcəyi bildirilir.

Read Entire Article