"Aston Villa" 42 illik həsrətə son qoyub

1 month ago 14

Çempionlar Liqasının 1/8 final mərhələsində "Brügge"ni mübarizədən kənarlaşdıran (3:1, 3:0) "Aston Villa" 1/4 finala vəsiqə qazanan komandalardan biri olub.

Oxu.Az xəbər verir ki, bununla Birmingem klubu 42 illik həsrətə son qoyub. İngiltərə təmsilçisi sonuncu dəfə 1983-cü ildə Çempionlar Liqasının (o zaman Çempionlar Kuboku adlanırdı) 1/4 finalına yüksəlib.

Qeyd edək ki, yarımfinala gedən yolda "Aston Villa" Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Read Entire Article