"ASAN xidmət"in publik data portalı bu gündən fəaliyyətə başlayıb

3 days ago 5

"ASAN Xidmət"in publik data portalı bu gündən fəaliyyətə başlayıb.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in publik data portalının təqdimatında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "ASAN xidmət" dövlət xidmətləri sahəsində müasir texnologiya və innovasiyaların tətbiqini həyat keçirən bir qurumdur:

"Süni intellekt həlləri vasitəsilə biz vətəndaş məmnunluğunun 100%-ə yaxınlaşmasını hədəfləyirik.

Açıq məlumatlar portalının fəaliyyətdə olduğu on iki il müddətində fəaliyyəti zamanı toplanan məlumatların, informasiyalar açıq elan olunub.

Portaldakı məlumatlarla tədqiqatçılar, ekspertlər, mütəxəssislər, startaplar, gənclər və cəmiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri öz şəxsi məqsədləri, biznes fəaliyyəti, elmi araşdırmaları üçün istifadə edə biləcək.

"ASAN xidmət"in bu məlumatlarından istifadə etməklə yeni məhsul yarada biləcəklər. Portal artıq bu gündən istifadəyə verilib. "ASAN xidmət"in rəsmi internet səhifəsindən portala keçid var".

O, həmçinin vurğulayıb ki, "ASAN xidmət"də artıq bir neçə süni intellekt həlləri tərtib olunur:

"Əsasən vətəndaş axınının idarə edilməsi, rəy sorğuların təhlili, ümumiyyətlə, data əsaslı qərar qəbuletmə ilə bağlı bir neçə süni intellekt həlləri mövcuddur. Bu tətbiq davamlı olacaq".

Aygün Mirakif

Read Entire Article