"Abşeronda yeni çəkilən yol su içində qalıb" - SƏBƏB NƏDİR?

1 month ago 13

Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd ərazisində yeni çəkilən yol su içindədir.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, bir ildir çəkilən bu yeni yolda suyun haradan axdığı bilinmir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib:

"Ötən gündən təmir-bərpa işlərinə başlanılıb, axıntının qarşısı alınıb, borunun qəzalı hissəsi yenisi ilə dəyişdirilir".

Sözügedən ərazidən görüntünü təqdim edirik:

Aygün Mirakif

Read Entire Article