Qidadan zəhərlənən 24 yaşlı qadının son vəziyyəti açıqlanıb

2 weeks ago 6

Qidadan zəhərlənən Goranboy sakininin son vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aprelin 3-də saat 2:10-da 2001-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır".

Aygün Mirakif

Read Entire Article