Qazaxıstanda bir qrup fransız Baykonur kosmodromuna daxil olmağa cəhd edib

16 hours ago 4

Qazaxıstanda bir qrup Fransa vətəndaşı Baykonur kosmodromunun ərazisinə qanunsuz daxil olmağa cəhd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat verib.

Qeyd olunur ki, kosmodroma giriş hüququ verən sənədləri olmayan dörd nəfər "Energiya" daşıyıcı raketinin fotosunu çəkmək istəyib. Onların qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Baykonurun keçid rejimini pozduqları üçün əcnəbilər barəsində protokol tərtib edilib. Məlumata görə, əraziyə daxil olmaq cəhdi kosmodromun fəaliyyətinə heç bir təsir göstərməyib.

Read Entire Article