Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"

1 month ago 12

"Biz ABŞ-nin əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib.

Onların mövqeyinin bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq".

Read Entire Article