"Polşa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasını alqışlayır və onun tezliklə imzalanacağına ümid edir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində bəyan edilib.
Bildirilir ki, müqavilənin imzalanması iki ölkənin xeyrinə regionda sabitləşməyə və əməkdaşlığın inkişafına töhfə verəcək.