Pentaqon Çinə qarşı ABŞ-nin əsas müttəfiqini açıqladı

3 weeks ago 14

Yaponiya Çinin qarşısının alınması məsələsində ABŞ-nin başlıca müttəfiqidir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Piter Heqset Tokioda yapon həmkarı Gen Nakatani ilə danışıqlardan əvvəl bildirib.

"Yaponiya Çin Kommunist Partiyasının güc tətbiqinin qarşısının alınmasında bizim əsas tərəfdaşımızdır", - deyə o bildirib.

Nakatani isə vurğulayıb ki, Yaponiya və ABŞ ən etibarlı münasibətlərə malik tərəfdaşlar kimi sərbəst və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üzrə birlikdə çalışacaqlar.

Read Entire Article