Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb - FOTO

2 hefte evvel 12

Virtual karabakh

yuxarı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Regional İnkişaf İctimai Birliyi (RİİB) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası mini futbol turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.

Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri  Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Final oyununda Səbail rayonunun “Bayıl” komandası və Nizami rayonunun “Flaqman”  komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn Səbail rayonunun “Bayıl” komandası turnirin qalibi olub.

Üçüncü yer uğrunda baş tutan görüşdə Qaradağ rayonunun “Lökbatan” komandası Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.