Paulo Dibala millinin heyətindən çıxarıldı

1 month ago 13

Paulo Dibala millinin heyətindən çıxarıldı

"Roma" klubunun ulduzu Paulo Dibala Argentina millisinin heyətindən çıxarılıb.

Oxu.Az xəbər verir ki, Paulo Dibala İtaliya A Seriyasının 29-cu turunda "Kalyari" (1:0) ilə oyunda zədələnib.

64-cü dəqiqədə meydana daxil olan 31 yaşlı hücumçu cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı açıqlanıb. Nəticədə o, Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya komandalarına qarşı oyunlarda forma geyinə bilməyəcək.

Qeyd edək ki, Paulo Argentina yığmasının heyətində DÇ-2022-nin qalibi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Read Entire Article