PAOK "Qarabağ"ın sabiq qolkiperini heyətinə qatıb

1 month ago 12

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili yayda klubunu dəyişəcək.

Oxu.Az xəbər verir ki, hazırda Yunanıstanda "Panserraikos"un formasını geyinən gürcüstanlı qapıçı PAOK-la anlaşıb.

Soloniki təmsilçisi 25 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb. Quqeşaşvili yeni komandasına mövsümün sonunda qoşulacaq.

PAOK təcrübəli oyunçu üçün qarşı tərəfə bir milyon avro təzminat ödəyib.

Quqeşaşvili "Qarabağ"da 2022-ci ildən 2024-cü ilin yayınadək çıxış edib.

Read Entire Article