2024-cü ildə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən beş milyard ABŞ dolları təşkil edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Bu, 2023-cü illə müqayisədə təxminən 16% çoxdur.