Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində qorunub saxlanılan maraqlı Novruz adətləri bu gün də yaşadılmaqdadır.
Bu adətlərdən biri də Ordubad rayonunda təşkil olunan "Xan bəzəmə" mərasimidir.
"Martın üç günü - 20, 21, 22-si Ordubadda xan "bəzədilir". Onun öz cəlladı, vəziri olur, xanın qoyduğu qanunlara riayət etməyənlər onlar tərəfindən cəzalandırılır. İnsanlar bu mərasimi izləmək üçün Naxçıvanın müxtəlif yerlərindən gəlirlər", - deyə sakinlər söyləyirlər.
Daha ətraflı Baku TV-nin süjetində:
Ordubadlıların əsrlərlə yaşatdıqları Novruz ənənəsi: "Xan bəzəmə" mərasimi