Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderinə məhəl qoymadan Macarıstana səfər edib

2 weeks ago 7

İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs haqqında orderinə məhəl qoymadan Macarıstana gəlib.

Oxu.Az-ın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bu barədə Macarıstanın müdafiə naziri Kriştof Salai-Bobrovnitski məlumat verib.

Bu, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verməsindən sonra Netanyahunun Avropaya ilk səfəridir. Salai-Bobrovnitski sosial şəbəkələrdə İsrail baş nazirinin Budapeştə səfərini alqışlayıb. Netanyahunu səfərdə həyat yoldaşı Sara müşayiət edir.

Xatırladaq ki, 2024-cü il noyabrın 21-də BCM İsrail hökumətinin başçısı, eləcə də ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Read Entire Article