Nazir müavini: "Boşanmaya müraciət edənlərin 20 faizi psixoloqa müraciətdən sonra fikirini dəyişir"

1 month ago 16

"Ədliyyə nazirliyinin qeydiyyat orqanlarına boşanma üçün müraciət edənlər psixoloqlara yönləndirilir".

Oxu.Az xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

O bildirib ki, rəqəmlərə nəzər salan zaman bunun effektiv nəticə verdiyi görünür:

"Rəqəmlər göstərir ki, boşanma üçün müraciət edənlərin 20 faizə yaxını psixoloqa müraciət edəndən sonra fikirini dəyişir".

Aləmdə Nəsib

Read Entire Article