Naxçıvanda ev yanıb

7 ay evvel 5320

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanın Kəngərli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kəngərli rayon, Qarabağlar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Qısa zamanda yanğının söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə nəticəsində evin tavan hissəsi yanıb.