Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü

1 month ago 12

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı "NAZ-Lifan" (taksi) avtomobili toqquşub.

Hadisə nəticəsində taksinin sürücüsü, 1988-ci il təvəllüdlü Sərxan Kamran oğlu Cəfərov vəfat edib. Avtomobildə olan digər sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article