Məktəbdən çıxan 13 yaşlı qız itkin düşdü

2 weeks ago 8

Tovuzda 13 yaşlı qız itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, aprelin 2-si saat 18:00-da rayonun Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü A.S. oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda şəxsin yerinin müəyyən edilməsi istiqamətində Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Aytac Qasımova

Read Entire Article