Myanmadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar varmı? - RƏSMİ

3 weeks ago 11

"Myanmada baş verən güclü zəlzələdə həlak olanlar arasında azərbaycanlılar yoxdur".

Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə verib.

Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, zəlzələdə ölü sayının 1 700 nəfəri keçməsini respublika hökuməti təsdiq edib.

Rəsmi məlumatlara görə, 3 400 nəfər xəsarət alıb, təxminən 300 nəfər itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7.7-yə çatan bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss edilib.

Əzizə İsmayılova

Read Entire Article