Myanmada daha bir güclü zəlzələ oldu

3 weeks ago 10

Myanmada daha bir güclü zəlzələ oldu.

Oxu.Az bu barədə myearthquakealerts.com-a istinadla xəbər verir.

Yeraltı təkanlar paytaxt Naypyidanın 2 km-də qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələ 5.2 bal gücündə olub. Yeni xəsarət alanlar və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, martın 28-də Myanmarda 7.7 (bəzi məlumatlarda 7.9) bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 1000-dən çox insan həlak olub, üç minə yaxın insan yaralanıb.

Zəlzələnin episentri Myanmada olsa da, Çin, Tailand və Vyetnam sakinləri də yeraltı təkanları hiss ediblər.

Read Entire Article