Mütəxəssis "Qırmızı kitab"a düşən nadir bitkilərin sirrini açdı

3 weeks ago 12

Unikal flora və faunası olan Muğan bölgəsində yalnız bu ərazidə yetişən və adı "Qırmızı kitab"a düşən bir sıra nadir bitkilər var.

Bunlardan Xəzər zəfəranı, Qafqaz dəmirağacı, yabanı nar və müxtəlif ot növlərini misal göstərmək olar.

Mütəxəssis Vidadi Məmmədov Baku TV-yə açıqlamasında bu bitkilərin çox qiymətli olduğunu və onların qorunmasının vacibliyini vurğulayıb.

"Lənkəran akasiyasının oduncağı çox möhkəmdir. Ona balta belə batmır. Rəngi qara olduğu üçün ona "Qaraağac" deyirlər. Çox gözəl qoxusu var. Azat ağacı da qiymətli ağaclardandır. Sovet dövründə bu ağaclar kəsilib, gəmiqayırmada istifadə edilməsi üçün xaricə göndərilirdi", - deyə V.Məmmədov bildirib.

Ətraflı süjetdə:

Mütəxəssis "Qırmızı kitab"a düşən nadir bitkilərin sirrini açdı

Read Entire Article