Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək

1 month ago 13

Misli Premyer Liqasının XXVII turunda səkkiz futbolçu cəzalı durumdadır.

Oxu.Az xəbər verir ki, "Qarabağ" 3, "Araz-Naxçıvan", "Neftçi", "Səbail", "Sumqayıt" və "Turan Tovuz" klubları bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.

Ağdam təmsilçisində Marko Yankoviç, Elvin Cəfərquliyev və Musa Qurbanlı cəzalıdır. Bundan əlavə, "Araz-Naxçıvan"dan Felipe Santos, "Neftçi"dən Höccət Haqverdi, "Səbail"dən Süleyman Alluş, "Sumqayıt"dan Miloş Miloviç və "Turan Tovuz"dan Emmanuel Hakman meydana çıxmayacaqlar.

Qeyd edək ki, bu gün "Araz-Naxçıvan" - "Şamaxı" oyunu ilə start götürəcək XXVII tura və 3-cü dövrəyə martın 16-da yekun vurulacaq.

Read Entire Article