Bu gün Misli Premyer Liqasında XXVII tura bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günüdə "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək.
Görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" "Qarabağ"la, "Sabah" "Zirə" ilə martın 15-də, "Səbail" "Neftçi" ilə, "Turan Tovuz" isə "Sumqayıt"la martın 16-da qarşılaşacaq.
14 mart
Misli Premyer Liqası
XXVII tur
Saat 19:00, "Araz-Naxçıvan" - "Şamaxı".