"Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanma yeri və tarixini hələ razılaşdırmayıblar".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Hazırda bizdə razılaşdırılmış yer və tarix yoxdur", - deyə o bildirib.
A.Mirzoyan əlavə edib ki, Azərbaycan tərəfi ilə danışıqları davam etdirmək lazımdır.