Minik maşını yük avtomobilinə çırpılıb, sürücü xəsarət alıb

7 ay evvel 3087

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı sürücü yaralanıb.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Tovuz rayonunun Əlibəyli kənd sakini, 1994-ci il təvəllüdlü Pərvin Əlövsət oğlu Quliyev idarə etdiyi “Mercedes Vito” markalı avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpıb.

Nəticədə sürücü müxtəlif xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.