Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmaları ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hammısı Türkiyə) və Fərid Hacıyev (Azərbaycan). "Bank Respublika Arena"da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim Aleko Aptsiauri və onun köməkçiləri Davit Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan) Tural Qurbanov (Azərbaycan) idarə edəcək.
Qeyd edək ki, hər iki oyun saat 21:45-də başlayacaq.