Millimiz AVRO-2025-in II seçmə mərhələsində Lüksemburqla üz-üzə

1 month ago 13

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirəcək.

B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bayıl stadionunda təşkil olunacaq. Matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək. Saat 11:00-da başlayacaq digər matçda Bolqarıstan və Malta üz-üzə gələcəklər.

12 mart

AVRO-2025-in II seçmə mərhələsi

B liqası, II qrup

I tur

Saat 16:00, Azərbaycan - Lüksemburq.

Read Entire Article