Milli komandanın baş məşqçisi postuna namizəd bəlli olub

1 hefte evvel 10

AFFA almaniyalı mütəxəssislə danışıqlara başlayıb.

Məlumata görə, AFFA rəsmiləri Ştefan Kuntsla danışıqlara başlayıblar.

Xarici KİV-də yer alan xəbərlərə görə, almaniyalı mütəxəssis Kanada millisi ilə də danışıqlar aparır. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kunts Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb.

Mənbə: Skysports.com