Mikayıl Cabbarov Harri Boyd-Karpenterlə görüşüb

1 week ago 7

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə görüşüb.

Oxu.Az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib:

"Görüş zamanı Azərbaycan - AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, yaşıl enerjiyə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr apardıq".

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) (@EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüş zamanı #Azərbaycan - #AYİB əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr,… pic.twitter.com/ofYRo4Y90P

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 3, 2025
Read Entire Article