İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorqensen ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Görüş zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm mövqeyini vurğuladıq. Yaşıl enerjiyə keçidin və regional təşəbbüslərin təşviqi, Avropa İttifaqı ilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik".
Avropa Komissiyasının (@EU_Commission) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorqensen (@DanJoergensen) ilə görüş zamanı Azərbaycanın Avropanın #enerji təhlükəsizliyinin təminatında mühüm mövqeyini vurğuladıq. #Yaşılenerji-yə keçidin və regional təşəbbüslərin təşviqi,… pic.twitter.com/weEGseUkEA
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 4, 2025